“VIII Futbol Liqası”na başa çatıb

“VIII Futbol Liqası”na başa çatıb

Dövlət və özəl müəssisələr arasında təşkil olunan ənənəvi "VIII Futbol Liqası”na yekun vurulub. Sentyabrın 20-də start götürən turnir AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) təşkilatçılğı ilə keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışda "Embawood” şirkətinin birləşmiş komandası birinci yerə layiq görülüb. "Respublika Bank”ın birləşmiş komandası ikinci, "Mətanət A” şirkətinin futbolçuları isə üçüncü yerə sahib çıxıb.
Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının akt zalında qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə A milli komandanın baş məşqçi əvəzi Mahmud Qurbanov, əməkdar məşqçi Ağasəlim Mircavadov, veteran futbolçu Asim Xudiyev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə və idman icğtimaiyyətinin digər nümayəndələri iştirak ediblər. İlk üç yeri tutan komandalar kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.