Dünyanın ən məşhur idman növlərindən demək olar ki, birincisi futboldur. Oyunun ən həyəcanlı anı isə qol məqamıdır. Qaydaya görə, rəqibin qapısından keçirilməli olan topu bəzən səhvən futbolçular öz qapılarından keçirirlər. Futbol azarkeşlərinin bildiyi kimi buna avtoqol deyilir. Təbii ki, avtoqol vurub rəqibini sevindirən oyunçu komanda yoldaşlarının və azarkeşlərin qarşısında çox məyus olur. Lakin tarixdə avtoqol vurduğuna görə pul mükafatı alan futbolçu da var. Belə ki, 1974-cü ildə dünya çempionatı müddətində Amsterdam banklarından biri Hollandiya yığma komandasının futbolçularının vurduqları hər qol üçün 5000 kulden (min dollar) mükafat verəcəyini bəyan etdi.
Beləliklə, Hollandiya milli komandası üçün çempionat çox uğurlu başlayıb. İlk 6 oyunda futbolçular rəqibin qapısından 14 top keçirdilər. Lakin Bolqarıstan yığması ilə görüşdə yığmanın müdafiəçisi Rud Krop topu öz qapısına vurdu. Futbolçular Rudun vurduğu avtoqolun da ödənişini etməyi tələb etdilər. Belə ki, müqaviləyə əsasən, bank Hollandiya oyunçularının vurduğu hər bir qola görə ödəniş edəcəyini bəyan etmişdi. Müqavilə imzalayanlar mükafatın yalnız rəqibin qapısından top keçirən oyunçulara ödəniləcəyini desələr də, edilən təzyiqlərə dayanmayıb avtoqolun da ödənişini etdilər.
Rud Kropdan fərqli olaraq, Kolumbiya yığmasının oyunçusu Andreas Eskobar avtoqola görə mükafat deyil, cəza aldı.
1994-cü ilin dünya çempionatının sonuncu oyununda Kolumbiya və ABŞ yığmaları qarşılaşdılar. 27 yaşlı Andreas Eskobar yığmanın ən fəal oyunçularından idi. Gərgin şəraitdə keçən oyun zamanı bir neçə manevrlər edən Eskobar topu rəqib komandanın oyunçularından alaraq yalnışlıqla öz qapısından keçirdi. Andreasın vuruduğu qol oyunun taleyin həll etdi və Kolumbiya 1:2 hesabı ilə məğlub oldu.
Bir neçə gün sonra Eskobar güllələndi. Futbolçunun həyatına qəsd edən şəxs Kolumbiyanın gecə klublarının birində mühafizəçi işləyirdi. O, oyunçuya 12 güllə vuraraq hər dəfə "qol” qışqırırdı. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmadı. 45 dəqiqə ölümlə mübarizə aparan oyunçu elə xəstəxanada dünyasını dəyişdi.
Məhkəmə qatil Umberto Munyası 43 il azadlığdan məhrum etdi. Lakin sonra cəza müddəti endirilərək 26 ilə çatdırıldı və yaxşı davranışına görə Umberto azadlığa çıxdı.