Avropa Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
F qrupu
"Sent-Etyen” (Fransa) - "Qarabağ” (Azərbaycan) - 1:1
QOLLAR: Van Volfsvinkel, 21 - Vüqar Nadirov, 15
Ötən gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Qitənin ikinci mötəbər klub yarışında ölkəmizi təmsil edən "Qarabağ” növbəti matçını keçirib.
F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı "Sent-Etyen” klubu ilə Fransada rənibdən bir xal alıb. Qarşılaşmanın
15-ci dəqiqəsində Vüqar Nadirov komandasını hesabda irəli çıxarsa da, futbolçularımız qələbəni əldən veriblər. Matç 1:1 hesabı ilə başa çatıb.
Bununla da Qurban Qurbanovun yetirmələri1/16 final ümidlərini son tura qədər saxlayıblar. Qrupun son görüşündə «Qarabağ» doğma azarkeşlər qarşısında İtaliyanın «İnter» komandası ilə qarşılaşacaq. Həmin matç dekabrın 11-də Bakıda keçiriləcək.