
AFFA-nın qərargahında qurumun İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Pobert Prosineçki futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi vəzifəsinə təsdiq edilib. Bu barədə İcraiyyə Komitəsinin iclasının yekunlarına əsasən AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib.
Bundan əlavə, iclasda Məşqçilər Komitəsinin yaradılması, Əsasnaməsinin və üzvlərinin təsdiq edilməsi məsələləri müzakirə edilib, Azərbaycanın gənclər yığmasının baş məşqçisi təsdiq edilib, Klublar Komitəsi yaradılıb və Əsasnaməsi təsdiq edilib, habelə Lisenziyalaşdırma qrupunun informasiyası dinlənilib.