"Qalatasaray”ın keçmiş hücumçusu Ümit Karanın şəriki ilə işlətdiyi kafeyə silahlı basqın edilib. Kafedə olan 5 nəfər qonşu stolda əyləşənlərlə mübahisə edib. Aranı sakitləşdirdikdən sonra davanı salmaq istəyənlər kafeni tərk ediblər. Ancaq hadisə bununla bitməyib. Bir neçə saatdan sonra həmin şəxslər kafeyə silahlı basqın ediblər. Atışma nəticəsində iki nəfər yaralanıb. Silahlılar qaçsalar da, onların kimliyi gizli kameralar nəticəsində müəyyənləşdirilib.