Futbol ulduzları Hindistanda

Futbol ulduzları Hindistanda


Bu yay bütün dünyanın diqqəti Hindistana yönəldi. İdman həvəskarları Hindistana yola düşmüş əfsanəvi fubolçuların fotosərgilərini böyük maraqla seyr etdilər. Alessandro Del Pyeronun yolunu buradan salması təəccüb doğurmasa da, Freddi Yunberganın və Rober Piresin atdığı bu addım hər kəs üçün sürpriz oldu.
Dünyaca məşhur ulduzların bu layihəyə cəlb olunmasının səbəbi nədir?
Böyük əhalisinin olmasına baxmayaraq Hindistan idman sahəsində bir o qədər də tanınmır. Hindlilərin ugur qazandığı idman növü yalnız otüstü hokkey hesab olunur. Onu da qeyd edək ki, Hindisatan otüstü hokkey ilə yalnız Moskva-1980 Olimpiadasına kimi qürurlana bilərdi. Moskava Olimpiadasından sonra qiyməti bir qədər baha olan süni ot ortükləri istifadəyə verildi. Bu isə, ölkənin büdcəsinə uyğun olmadığından, Hindistan bu növdə liderliyi əldən verdi.
Qeyd edək ki, Hindistan idman tarixi boyunca cəmi iyirmi altı medal qazanıb. Onlardan on biri otüstü hokkey yarışlarından əldə olunub.
Şəxsi hesabda isə, ilk qızıl medalı Hindistan altı il əvvəl Pekin-2008 Yay Olimpiya Oyunlarında qazanıb. Tanınmış aktyor Abxinav Bindra Pekində atıcılıq növündə fərqlənərək ölkəsini lider edib. Aktyorun idmanda əldə etdiyi bu nailiyyət ona həyatının sonunadək ölkə daxilində qatardan ödənişsiz istifadə və pul mükafatı qazandırıb.
Qeyd etdiyimiz kimi, dünya futbolununn tanınmış simalarından bir neçəsi bu ilin yayından Hindistan çempionatında çıxış etməyə başlayıblar. Hazırda Trezege "Ouna Siti”, Anelka "Mambai Siti”, Del Pyero "Deli Dinamos”, Peres "Qoa”, Devid Dems "Kerala Blaters”, Luis Qarsia "Atletiko Kalkutta”, Voan Kapdevil "Nordist Yunayted” klublarında oynayırlar.
Futbol idman növü bu ölkədə çox populyardır. Demək olar ki, 2005-2009-cu illərdə hindlilərin 60 faizi futbola böyük maraqla baxırdılar. Həm dövrdə keçirilmiş sorgu nəticəsində məlum olmuşdur ki, Hindistan əhalisinin əksəriyyəti İngiltərənin "Mancester Yunayted” komandasına azarkeşlik edir. Bu ilin yayında Braziliyada keçirilən dünya çempionatını 50 milyondan çox hindli izləyib. Cənubi Amerika və Hindistanın arasındaki saat fəqini və görüşlərin gecə saatlarında nümayiş edildiyini nəzərə alsaq, o zaman bu rəqəmi kifayət qədər yüksək hesab etmək olar. Futbola olan marağı nəzərə alan Hindistan hökuməti bu idman növünün inkişafı üçün tanınmış futbolçuları ölkəyə dəvət edib. Dünya futbolunun ulduzları Hindistan çempionatının daha yüksək şəkildə keçməsi üçün əllərində gələni edəcəklərini deyiblər. Yuxarıda adlarını qeyd etdiyimiz futbolçularla yüksək məbləğdə müqavilə imzalanıb.
Futbolla yanaşı, bu ölkədə kriket idman növü də çox populyardır
Kriketi Hindistanana ingilislər gətiriblər. 1983-cü ildə dünya cempionatında Hindistanın qələbəsindən sonra isə, bu idman növü bütün ölkəni fəth edib. Hazırda ölkə kriket yarışlarından külli miqdarda vəsait qazanır.
"Mən əmin idim ki, Hindistana NBA növlü idman liqası lazmdır. Düzünü desəm, idmanı biznes ilə birləşdirəçək yol tapmağı çox istərdim”, - deyə kriket üzrə nəzarət birliyinin vitse-prezidenti Lalit Modi bildirib.
Maraqlıdır ki, hindlilər oyunun qaydalarında bəzi dəyişikliklər ediblər. Onlardan biri qalibin bir neçə saata müəyyənləşdirilməsidir. Əvvəllər kriket yarışları bir neçə gün davam edirdi. Hindlilərin qaydalarda etdiyi dəyişiklik kriket yarışlarına marağı daha da artırıb.
Artq mötəbər liqalardan hesab olunan kriket liqasına səkkiz komanda daxildir. Yeri gəlmişkən deyək ki, təşkilatcılar komandaları Hindistanın varlı insanlarına satıblar. Nəticədə, təşkilatcılar 70 milyon dollar əldə ediblər. Ölkənin ən bahalı kriket komandası hesab olunan "Mumbai İndians” klubunun satışından isə təşkilatçılar 111milyon dollar qazanıblar.
"Sony Enterainment Television” kanalı 1.6 milyard dollara səkkiz illik eksklüziv yayım hüququ alıb. Dünyaca məşhur "Pepsi” firması isə, 74 milyon dollar ödəyərək kriket liqası ilə müqavilə imzalayıb. Qeyd edək ki, kriket liqasının ən yaxşı oyunçularından olan Maxendra Sinqx Dxoni dünyanın ən yüksək gəlirli oyunçuları siyahısına daxil olub.
Bir müddət əvvəl dünyaca məşhur tennis ustası Mariya Şarapova bütün hindliləri öz çıxışı ilə hiddətləndirib. Belə ki, rusiyalı idmançı kriket tarixində ən yaxşı oyunçulardan biri olan Saçin Tendulkarı tanımadığını açıqlayıb. Bu açıqlamadan hiddətə gələn hindistanlılar tvitter sosial şəbəkəsində "Mariya Şarapova kimdir ki?” adlı bölmə yaradıblar.
Şübhəsiz ki, Hindistan kimi böyük bir ölkənin yalnız iki idman növü ilə tanınması həqiqətə uyğun ola bilməz. Bu ölkə digər idman növlərini də inkişaf etdirməyə iddialıdır. Hindistanın planlaşdırdığı yeniliklər sırasında dünyanın ən yaxşı tennis ustalarının bir setdən ibarət olan yarışlarını keçirmək də yer alır. Bu çür yarışlar ölkə gənclərinin tennislə maraqlanmasına səbəb olacaq.
Hökumət bu ölkə üçün ənənəvi idman növü olan otüstü hokkeyin yenidən canlandırılmasını da planlaşdırır. Həmçinin yüngül atletika və badmintonun inkişafı nəzərdə tutulub.
Dünyanın ən güclü idman ölkələri arasında yer almağa çalışan Hindistan hökumətinin cıxardığı qərara görə, burada fəaliyyət göstərən hər bir şirkət aylıq gəlirinin 2 faizini idmanın inkişafına yönəltməlidir.
Hazırladı:
Türkay Niftəliyeva