İngiltərə yığma komandasının keçmiş kapitanı Devid Bekhem avtomobil qəzasına düşüb. "Mançester Yunayted” və "Real” komandalarının keçmiş hücumçusu "Arsenal” futbol klubunun U-15 komandasında çıxış edən oğlu Bruklinlə birlikdə avtomobildə hərəkət edərkən yol qəzasına uğrayıb.
Qəzanın təfərrüatları açıqlanmayıb.
Yayılan məlumatlara görə, qəza nəticəsinə 37 yaşlı Bekhem çiynindən yüngül zədələnib, oğlu isə qəza zamanı heç bir xəsarət almayıb.