“Supermario” cəzalandırıla bilər

“Supermario” cəzalandırıla bilər


İngiltərə Futbol Assosiasiyası "Liverpul”un hücumçusu Mario Balotelliyə sərt cəza tətbiq edə bilər. İtaliyalı futbolçunun özünün İnstagram səhifəsində paylaşdığı şəkil qalmaqala səbəb olub. Əgər bu şəkildə yer alan irqçi fikirlər təsdiqini taparsa, Balotelli beş oyunluq cəzalandırılacaq.
Qeyd edək ki, Balotelli İnstagram sosial şəbəkəsində məşhur "supermario” kompüter oyununun qəhrəmanının şəklini paylaşıb. Şəkilin üzərində "irqçiliyə yox” deyilsə də, əslində, orada yəhudiləri təhqir edən fikirlər yer alıb. Həmin şəkildə yazılıb: "İrqçi olmayın! Mario kimi olun”.
Bu şəkilə yazılan etiraz şərhlərinə cavab olaraq Balotelli bildirib ki, o, heç kimi təhqir etməyib: "Mənim anam da yəhudidir”. Bundan sonra isə Balotelli həmin şəkli sosial şəbəkədən silib. Hadisədən hiddətlənən İngiltərədəki yəhudi lobbisi faktı araşdırmağa çağırıb. Yəhudi lobbisinin maraqlarını müdafiə edən İngiltərə Futbol Assosiasiyasının keçmiş icraçı direktoru Saymon Conson bildirib ki, onlar irqçilyin bütün formalarına qarşıdılar.
"Belə halların təkrarlanmaması üçün Assosiasiya araşdırma aparıb, ciddi ölçü götürməlidir”, - deyə o əlavə edib.