“Futbol kralı”nın səhhəti yaxşıdır

“Futbol kralı”nın səhhəti yaxşıdır


Dünya futbolunun əfsanəsi gələn il Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə futbolçunun köməkçisi Pol Kemsli məlumat yayıb. Onun sözlərinə görə, hazırda Braziliya xəstəxanalarının birində müalicə alan Pele evə buraxıldıqdan sonra ailəsi ilə istirahətə gedəcək. "Bundan sonra, 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər etməklə, dünya turnesinə çıxmaq niyyətindədir, - deyə Kemsli bildirib. Məlumatda həmçinin qeyd edilib ki, bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən "futbol kralı” indi özünü yaxşı hiss edir.