Pelenin ömürlük müqaviləsi

Pelenin ömürlük müqaviləsi

Braziliyanın "Santos” klubu əfsanəvi futbolçu Pele ilə ömürlük müqavilə imzalayıb. Adıçəkilən klub bundan sonra da marketinq kampaniyalarında "Futbol kralı”nın obrazından istifadə edəcək. Bununla bağlı klubun rəsmi saytında məlumat yayılıb: "Razılaşma əsasında Pele və "Santos” brendləri həmişə birgə fəaliyyət göstərəcək. Pele bütün dövrlərin dahi futbolçusudur. O, "Santos”un keçmişi, bu günü və sabahıdır”.
Qeyd edək ki, Pele keçən ay sağlamlığı ilə bağlı problemə xəstəxanaya yerləşdirilmişdi. Hazırda müalicə alan 74 yaşlı əfsanəvi futbolçunun vəziyyəti yaxşıdır