UEFA Avropa milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb. 54 yığmanın yer aldığı siyahıda Azərbaycan millisi geriləyib. Ötənilki reytinqdə 16,901 xalla 44-cü olan millimiz bu dəfə 3 pillə geriləyərək 47-ci yeri tutub. AÇ-2016-nın seçmə mərhələsində 4 oyundan aktivinə xal yazdıra bilməyən yığmamızın 14,311 xalı var.
Reytinq cədvəlinə 38,286 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir. İlk pilləni Bundestimə təhvil verən İspaniya 2-ci (36,263), İngiltərə isə 3-cü (35,903) pillədədir. AÇ-2016-nın seçmə qrup mərhələsində rəqiblərimiz olan İtaliya 4-cü (34,765), Xorvatiya 9-cu (32,392), Norveç 20-ci (27,929), Bolqarıstan 36-cı (20,376) və Malta 51-ci (11,470) pillədə qərarlaşıb.