2 milyon avroya satılan butslar

2 milyon avroya satılan butslar

Braziliyada keçirilən dünya çempionatında Almaniya yığmasının qələbə qolunu vuran Mario Getsenin butsları satılıb.
Getsenin butsları nə az, nə çox, düz 2 milyon avroya satılıb. Futbolçu final oyununda geyindiyi butsları ötən həftə xeyriyyə məqsədi ilə hərraca çıxardıb. Getse hərracın nəticəsini belə şərh edib: "Bu, inanılmazdır! Mən bunu ağlıma belə gətirə bilməzdim. Butslarım 2 milyon avroya satıldı. Bu, olduqca böyük məbləğdi”.
Xatırladaq ki, Almaniya dünya çempionatının finalında Argentina ilə qarşılaşmışdı. Hesab 1:0 hesabı ilə Almaniyanın xeyrinə başa çatmışdı. Götse meydana oyunun 88-ci dəqiqədə çıxıb və əlavə vaxtın 113-cü dəqiqəsində qələbə qolunu vurub.