"Sabahın ulduzları” X paytaxt çempionatının hazırlıq qrupunda növbəti turun oyunları keçirilib. Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi çempionatın ikinci mərhələsində 8-ci, yuxarı yaş qrupunda isə 10-cu turun oyunları başa çatıb.
2004-2005-ci illər təvəllüdlü futbolçular arasında keçirlən 1-7-ci yerlər uğrunda qarşılaşmalarda bu nəticələr qeydə alınıb:
"Neftçi idman klubu” İB - "Bakı” FK - 2:1
"Bakı-008” - "İnter” - 0:6
"İnter-Arena” - "Neftçi” PFK - 1:3
8-14-cü yerlər uğrunda yarışda isə MOİK "Xudafərin” komandasını qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.
"İnter-2004” və "Vətən” komandalarının qarşılaşmasında qonaqlar minimum hesablı qələbəyə seviniblər -1:2.
"Neftçi-2006” və "İnter ulduzları”nın oyunu heç-heçə başa çatıb - 1:1.
8 turdan sonra yarış cədvəlinə 17 xalla "İnter” başçılıq edir. Ondan 1 xal geri qalan "Neftçi” PFK ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan "Neftçi idman klubu” İB-in isə 10 xalı var.
Turun ulduzu "İnter”in futbolçusu Nicat Quliyev seçilib. Bombardirlər cədvəlinə isə aktivində 10 top olan Emil Naxmatov ("Bakı-008”) başçılıq edir.
2002-2003-cü illər təvəllüdlü futbolçuların oyununda "İnter ulduzları” "Şəfa”nı böyük hesabla məğlub edib -4:1
"Xudafərin” komandası "Neftçi idman klubu” İB-ə 0:2 hesabı ilə məğlub olub.
Turun digər oyununda isə "Qarabağ” "İnter” komandası ilə bacarmayıb. 4:0 hesabı ilə qələbə qazanan "İnter”in heyətində Mixaylo Xodukin, Ramin Məhərrəmov, Məhəmməd Məmişov və Rəfael Həmidzadə fərqləniblər.
"Təhsil” (Şirvan) və "Bakı” FK komandalarının oyununda paytaxt təmsilçiləri 1:0 hesablı qələbə qazanıblar. Oyunda yeganə qolun müəllifi Rüfət Əhmədov olub.
10 turdan sonra 28 xal toplayan "Neftçi idman klubu” İB yarış cədvəlinə başçılıq edir. Aktivində 25 xalı olan "Bakı” ikinci, ondan bir xal geri qalan "İnter” üçüncü sırada qərarlaşıb.
Yarışın bombardiri 9 topla Mixaylo Xodukin ("İnter”) seçilib.
Turun ulduzu adını isə İlqar Rzazadə ("Təhsil” Şirvan) qazanıb.