Baş məşqçinin təyinatı Avropa mətbuatının gündəmində

Baş məşqçinin təyinatı Avropa mətbuatının gündəmində


Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçkinin təyinatı Avropa mətbuatının da diqqətindən yayınmayıb. Xüsusən də ölkəmizin EURO-2016-nın seçmə mərhələsindəki rəqibləri olan İtaliya və Xorvatiyanın kütləvi informasiya vasitələri bu keçidə geniş yer veriblər.
Həm italyanlar, həm də xorvatlar Berti Foqtsun 6 il Azərbaycanda çalışdığını və burada müsbət işlər gördüyünü xüsusi vurğulayıblar. Prosineçkinin ölkəsi olan Xorvatiyanın mediası baş məşqçinin mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verib.
Həmçinin UEFA-nın rəsmi saytı, Fransa və İngiltərə mətbuatı da Prosineçkinin keçidinə biganə qalmayıb. "The Guardian” qəzetində daha geniş məqalə çap olunub.
Qeyd edək ki, Robert Prosineçki milli komandamızla 3 illik müqavilə imzalayıb.