Avropa Liqası, qrup mərhələsi, F qrupu, VI tur
11 dekabr
"Qarabağ” (Azərbaycan) - "İnter” (İtaliya) - 0:0
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek
Dünən Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunları keçirilib. Bununla da 1/16 final mərhələsinin son vəsiqələrinin sahibləri məlum olub.
Turnirin F qrupunda çıxış edən yeganə təmsilçimiz "Qarabağ” Tofiq Bəhramov adına respublika stadionunda İtaliyanın "İnter” klubu ilə üz-üzə gəlib. Növbəti mərhələyə vəsiqə uğrunda meydana çıxan Qurban Qurbanovun yetirmələri qələbə qazandıqları təqdirdə Avropa Liqadakı çıxışını davam etdirəcəkdilər.
Lakin "Qarabağ” bu görüşdə "İnter”ə qalib gələ bilməyib. Oyunun əsas vaxta artırılmış son dəqiqəsində futbolçularımız rəqib komandanın qapısından topu keçirsələr də, hakim bu qolu nədənsə qeydə almayıb.
Hesabın qolsuz bərabərliklə başa çatması komandamıza 1 xal qazandırsa da, F qrupundan ikinci vəsiqəni Fransanın "Sent-Etyen” komandasına 1:0 hesabı ilə qalib gələn Ukraynanın "Dnepr” komandası qazanıb.