Eşitmə qüsurlu əlillər futzal turnirində yarışırlar

Eşitmə qüsurlu əlillər futzal turnirində yarışırlar

Dekabrın 10-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri start götürüb. Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən yarış AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilir. Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunan turnirin ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Birlik” komandası "Şimşək”ə 4:3 hesabı ilə qalib gəlib. "Zirvə” və "Ümid” komandalarının oyunu isə daha məhsuldar olub. Görüş 6:3 hesabı ilə "Zirvə” komandasının qələbəsi ilə başa çatıb.