Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı

Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı

Almaniya II Bundesliqasında 16-cı tura yekun vurulub. Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue” təsnifat turunda Braunşveyq "Ayntraxt”ını qəbul edib.
Görüşdə azarkeşlər 1 qola şahidlik ediblərsə, buna da təmsilçimizin komandası imza atıb - 1:0. Yeganə qolun müəllifi oyunun 39-cu dəqiqəsində rəqibi mərkəzə dəvət edən Manuel Torres olub.
Meydana start heyətində daxil olan Nazarov matçın 85-ci dəqiqəsində Qaytan Krebslə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue” 27 xalla turnir cədvəlinin III pilləsində yer alır və lider "İnqolştadt”dan 6 xal geri qalır.