Arda Turandan “Qarabağ”a dəstək

Arda Turandan “Qarabağ”a dəstək


Türkiyə millisinin və İspaniyanın "Atletiko Madrid” klubunun futboçusu Arda Turan "Qarabağ”ı dəstəklədiyini bildirib. Tanınmış futbolçu Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin VI turunda İtaliyanın "İnter” klubu ilə oyununda Ağdam təmsilçisinin 90+4-cü dəqiqəsində vurduğu qola münasibət bildirib: " Burada oyundan kənar vəziyyət yox idi. Hakim Qarabağ”ı 3 xaldan etdi. "Qarabağ”lı qardaşlarımızın üzüntülərinə şərikik”.
Qeyd edək ki, "Qarabağ”ın sonuncu dəqiqələrdə vurduğu qolu çexiyalı hakim Mioslav Zelinka saymayıb. Ağdam təmsilçisinin rəhbərliyi isə qalmaqallı məsələ ilə bağlı UEFA-ya şikayət edəcəyini bildirib.