Ağdamın "Qarabağ” futbol komandası dekabrın 12-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter” kollektivinə qarşı oyunu heç-heçə (0:0) başa vurub və Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.
Ölkəmiz bu avrokuboklar mövsümündə UEFA-nın əmsallar cədvəlində 3,625 xal toplayıb və 12,500 balla 29-cu yerdə qərarlaşıb. Slovakiyanı qabaqlayan Azərbaycan yığması Sloveniyadan 1,125 xal geri qalır.
Klub reytinqində də mövqeyini yaxşılaşdıran "Qarabağ” 10 pillə irəliləməyə nail olub. Beləliklə, Azərbaycan çempionu 11,500 xalla 148-ci yerdədir.