UEFA-nın rəsmisi Bakıda

UEFA-nın rəsmisi Bakıda


UEFA baş katibinin müavini Teodor Teodoridis Bakıya birgünlük səfərə gəlib. Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi dekabrın 15-də AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə görüşüb. Görüşdə "Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ” – "İnter” oyunu müzakirə olunub.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər.