Final mərhələsinin püşkü atılıb

Final mərhələsinin püşkü atılıb


Dekabrın 15-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.
Səkkizdəbir finalda qrup mərhələsini qalib başa vuran komandalar püşkdə qrup ikinciləri ilə üz-üzə gəlib. Lakin bu mərhələdə eyni ölkənin komandaları və bir qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz olub.
Qeyd edək ki, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları gələn il fevralın 17-18-də və 24-25-də, cavab görüşləri isə martın 10-11–də və 17-18-də keçiriləcək.
Artıq səkkizdəbir finalın bütün cütlükləri müəyyənləşib. Belə ki, bu mərhələdə "PSJ” (Fransa)–"Çelsi” (İngiltərə), "Mançester Siti” (İngiltərə)–"Barselona” (İspaniya), "Bayer” (Leverkuzen, Almaniya)–"Atletiko” (Madrid, İspaniya), "Yuventus” (İtaliya)–"Borussiya” (Dortmund, Almaniya), "Şalke” (Almaniya)–"Real” (Madrid, İspaniya), "Şaxtyor” (Donetsk, Ukrayna)–"Bavariya” (Almaniya), "Arsenal” (İngiltərə)–"Monako” (Fransa), "Bazel”(İsveçrə)–"Portu” (Portuqaliya) komandaları qarşılaşacaq.