Tyerri Anri telejurnalist olacaq

Tyerri Anri telejurnalist olacaq


Fransalı futbolçu, 37 yaşlı Tyerri Anri idman karyerasını yekunlaşdırır.O, 2015-ci ildən Britaniyanın "Sky Sports” televiziya kanalında aparıcı kimi çalışacaq.
"Mən xoşbəxtəm, idmanda son dərəcə əla yolum olub, çox sayda sevindirici xatirələrim var. İndi isə mənim həyatımda yeni yol başlayır, bu da maraqlıdır. Mən ən yaxşı klublarda oynamışam, indi isə özümü televiziyada sınamaq istəyirəm”, - Anri deyib.

Tyerri Anri Avropa və dünya çempionu, UEFA Liqa çempionatın və Fransa, İngiltərə, İspaniya çempionatlarının qalibidir, o, Konfederasiya Kubokunu da qazanıb. Anri "Yuventus”, "Monako”, "Arsenal”, "Barselona” kimi klublarda hücumçu və yarımmüdafiəçi kimi oynayıb, hazırda ABŞ-ın "Nyu-York Red Bullz” klubunda çıxış edir.