“Qarabağ”a qarşı haqsızlıq Türkiyə mətbuatında

“Qarabağ”a qarşı haqsızlıq Türkiyə mətbuatında


"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter”i ilə keçirdiyi oyun Türkiyə mətbuatının da gündəmindən yayınmayıb. Qonşu ölkənin "NTV-Spor” saytı "Qarabağ”ın təmiz qolunun sayılmadığını xüsusi vurğulayıb.
Türkiyədən olan həmkarlarımız Avropa Liqasında "Qarabağ”ın növbəti mərhələyə vəsiqəsinin göz görə-görə əldən getdiyini vurğulayıblar: ""Qarabağ” qələbə qazanacağı təqdirdə 1/16 finala adlayacaqdı. Lakin çexiyalı hakim Miroslav Zelinka biabırçı səhvə yol verdi. Riçard Almeydanın 90+4-cü dəqiqədəki zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyərək tora düşdü. Növbəti mərhələyə vəsiqəni öncədən təmin edən "İnter”in oyunçuları məyus oldular, "Qarabağ” isə böyük sevinc içində idilər. Lakin Zelinka qolu ləğv etdi...”.
Qeyd edək ki, "Qarabağ” - "İnter” matçı 0:0 hesabı ilə başa çatdığından, Ağdam komandası növbəti mərhələyə adlaya bilməyib.