Ronaldo yenə də fərqləndi

Ronaldo yenə də fərqləndi


"Real”ın hücumçusu Kriştianu Ronaldo yeni uğura imza atıb. Portuqaliyalı futbolçu klublar arası dünya çempionatının finalında "San-Lorenso”ya 2:0 hesabı qalib gəlməklə, daha bir nailiyyət qazanıb.
Belə ki, Ronaldo 2 klubun heyətində bütün beynəlxalq mükafatları başı üzərinə qaldırıb. O, bu titullara həm sabiq komandası "Mançester Yunayted”də, həm də Madrid təmsilçisində nail olub. Kriştianu İspaniya və İngiltərə çempionu tituluna layiq görülüb və İspaniya Superkubokunu və Çempionlar Liqasını (2 dəfə) qazanıb. Bundan başqa, Ronaldo "Qızıl buts” və "Qızıl top”kimi fərdi mükafatlara da layiq görülüb.
Qeyd edək ki, 6 il (2003-2009) "Mançester Yunayted”in formasını geyinən Ronaldo 2009-cu ildən "Real”ın şərəfini qoruyur.