Futbol idmanın şahıdır, desək yanılmarıq. Bu idman növündə olub bitənlər bizi həmişə özünə çəkir, maraqlandırır. Artıq yeni ilə sayılı günlər qalıb. Yola saldığımız 2014-cü ildə də neçə-neçə futbol dahisini yola saldıq. Onların yaşıl meydanlarda yeri həmişə görünəcək. "Əbədi” statusu alan Rayan Giqqz daha "Mançester Yunayted”in formasını geyinməyəcək. "İnter”in rəmzi, əfsanəsi, bir müddət əvvəl Bakıya da təşrif buyuran Xavyer Zanettinin cinahdan hücuma qoşulmalarını çox gözləyəcəyik, Avropa səhnəsindən çəkilsə də, bu vaxta qədər futbol meydanlarında olan Xuan Sebastyan Veron da artıq təqaüdə çıxıb. Anri də həmçinin. Düzdür, o, Avropanı tərk etsə də, i okeanın o tayından gəlirdi vurduğu qollarla pərəstişkarlarını sevindirirdi.
Fərid Mondraqon (Qapıçı)
21 il Kolumbiya millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Qalatasaray” və "Köln”də keçirib.
Müdafiəçilər
Erik Abidal
20 il Fransa millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Barselona”da keçirib.
Olaf Mellberq
12 İsveç millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Aston Villa” və "Olimpiakos”da keçirib.
Karles Puyol
13 il İspaniya millisinin şərəfini qoruyub.
O, bütün karyerasını "Barselona”ya həsr edib.
Xavyer Zanetti
17 il Argentina millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "İnter”də keçirib.
Yarımmüdafiəçilər
Rayan Giqqz
16 il Uels millisinin şərəfini qoruyub.
O, bütün karyerasını "Mançester Yunayted”ə həsr edib
Xuan Sebastyan Veron
14 il Argentina millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Parma”, "Latsio”, "Mançester Yunayted” və "Estudiantes”də keçirib.
Klarens Zeedorf
14 il Hollandiya millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Real”, "İnter” və "Milan”da keçirib.
Mauro Kamoranezi
7 il İtaliya millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Yuventus”da keçirib.
Hücumçular
Tyerri Anri
13 il Fransa millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Monako”, "Arsenal”, "Barselona” və "Nyu-York Red Bullz”da keçirib.
Rivaldo
10 il Braziliya millisinin şərəfini qoruyub.
Ən yaxşı illərini "Barselona”da keçirib.