Yıxılan rəqibinin vəziyyətini ayağı ilə yoxladı

Yıxılan rəqibinin vəziyyətini ayağı ilə yoxladı

"Roma” və "Cenoa” klubları arasında baş tutan matçda qəribə hadisə baş verib.
Səfərdə "Cenoa”ya qalib gələn "Roma”nın kapitanı Françesko Tottinin hərəkəti hər kəsi heyrətləndirib. Belə ki, oyunun gərgin keçdiyi bir anda "Cenoa” futbolçusu zədələnərək yerə yıxılıb. Bu zaman futbolçular və hakim yerdə yatan Andrea Bertolakinin yanına gəliblər. Ağrı içində yerdə qıvrılan futbolçuya yaxınlaşan "Roma”nın kapitanı rəqibin belinə təpiklə vurmaqla onun vəziyyəti ilə maraqlanıb. Bu görüntü kameraların obyektivindən yayınmayıb.
Görüntülər sosial şəbəkələrdə yayılandan sonra bu hadisə günün mövzusuna çevrilib. İnsanlar Tottinin bu hərəkətini pisləyiblər.
Qeyd edək ki, "Roma” həmin oyunda 1:0 hesabı ilə qalib gəlib.