Ronaldo Messini geridə qoydu

Ronaldo Messini geridə qoydu

İngilətərənin "The Guardian" qəzeti 2014-cü ilin ən yaxşı futbolçularının adlarını müəyyənləşdirib.
Britaniyanın nüfuzlu nəşri planetin 100 ən yaxşı oyunçusu siyahısında ilk pilləni Portuqaliya millisi və "Real”ın hücumçusu Kriştianu Ronaldoya verib.
İdman mütəxəssislərinin səsverməsinə görə, ikinci yerdə Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb. "The Guardian" "Qızıl top" mükafatının digər namizədi Manuel Noyeri isə (Almaniya, "Bavariya") üçüncü edib.
Qeyd edək ki, Aryen Robben (Hollandiya, "Bavariya") dördüncü, Tomas Müller (Almaniya, "Bavariya") beşinci, Luis Suares (Uruqvay, "Barselona") altıncı və Neymar (Braziliya, "Barselona") yeddinci olub.