Ronaldonun növbəti uğuru

Ronaldonun növbəti uğuru


İngiltərənin məşhur nəşrlərindən olan "Match of the Day” ilin ən yaxşı 100 futbolçusunu seçib.

Nəşrin oxucuları arasında aparılan səsverməyə əsasən, ilk pilləni Portuqaliya millisinin və "Real”ın oyunçusu Kriştianu Ronaldo tutub. Lionel Messi (Argentina, "Barselona”) ikinci, Luis Suares (Uruqvay, "Barselona”) üçüncü pillədə qərarlaşıblar. Ümumilikdə ilk yüzlüyə daxil olan futbolçunun 39-u İngiltərə Premyer Liqası, 25-i La Liqa, 20-i Bundesliqa, 4-ü isə İtaliya A seriyasında çıxış edir.

"Qeyd edək ki, Bavariya” və "Real”dan 12, "Barselona”dan 9, "Mançester Siti”dən 8, "Mançester Yunayted”dən isə 6 oyunçu ən yaxşılar sırasında yer alıb.