Yenə də Ronaldo

Yenə də Ronaldo


"The Guardian” qəzetinin versiyasına görə portuqaliyalı Kriştiano Ronaldo, argentinalı Lionel Messi və almaniyalı Manuel Noyer 2014-cü ildə dünyanın 100 ən yaxşı futbolçusunun siyahısına başçılıq edirlər.
28 ölkənin 73 idman ekspertinin rəyinə əsasən tərtib edilən siyahıya Madridin "Real” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo başçılır edir. Ötən ilin ən yaxşı futbolçusu nomunasiyasında "Barselona” komandasının və Argentina millisinin hücumçusu Lionel Messi isə ikinci yerə layiq görülüb. Siyahıda üçüncü yeri "Bavariya” klubunun və Almaniya yığmasının qapıçısı Manuel Noyer tutur.
Qeyd edək ki, 100 ən yaxşı futbolçusu arasında ilk onluqda "Bavariya”nın daha üç oyunçusu – Aren Robben, Tomas Müller və Filipp Lam, habelə "Barselona”nın iki futbolçusu – Luis Suares və Neymar da yer alıblar.