Devid Bekhemin və başqalarının həyat yoldaşlarına yeni il hədiyyələri...

Devid Bekhemin və başqalarının həyat yoldaşlarına yeni il hədiyyələri...


Keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı məşhur dizayner Viktoriya Bekhemi sevindirə bilmək üçün əlindən gələni edir. Təbii ki, bunun üçün böyük məbləğdə pullar xərcləməkdən də çəkinmir. Viktoriyanın çanta həvəskarı olduğunu bilən Devidin ona bağışladığı ən bahalı hədiyyə isə 2010-cu ildə yeni il bayramı ilə əlaqədar aldığı üzəri brilyantlarla bəzədilmiş çanta olub. Çantanın qiyməti nə az, nə çox 129 min dollar təşkil edib.
Dünyanın ən varlı varisi olan Paris Hilton isə "heç kimə ehtiyacım yoxdur” deyərək yeni il bayramlarından birində özü-özünü sevindirmək qərarına gəlib. Dəbdəbəli həyatı ilə daim gündəmdə olmağı bacaran məşhur ulduz özünə bəzi hissələri brilyantlarla bəzədilmiş Bentley markalı avtomobil bağışlayıb.
Tez-tez bir-birlərinə etdikləri sevgi jestləri ilə gündəmə gələn Ancelina Joli və Bred Pitt cütlüyü bahalı hədiyyələrlə də xəbər mövzusu olmağı bacarırlar. Ancelina ilk dəfə 2011-ci ildə Bredd Pitə Kaliforniyada aldığı şəlalə ilə hər kəsin diqqətini cəlb etməyi bacarmışdı. Daha sonra isə o, sevgilisinə Nyu York ştatından 80 kilometr şimalda yerləşən adalaradan birini hədiyyə etmişdi. Ürək formasında olan adanın qiyməti isə 19.8 milyon dollar təşkil edirdi.
2003-cü ildə isə Castin Timberleyk Kameron Diaz üçün elə bir jest etdi ki, illər keçsə də, bahalı hədiyyə dedikdə yada onun adı düşür. Belə ki, məşhur marketlərdən birini 24 saatlıq bağlatdıran müğənni orda olan bütün zinət əşyalarını, geyim, şirniyyat və oyuncaqları alaraq Kameron Diaza göndərmişdi. Bunun üçün sərvətinin yarısını xərcləyən Castinin bu qeyri-adi addımı indiyə kimi danışılır və müzakirə edilir.