“Qızıl top” kimə qismət olacaq?

“Qızıl top” kimə qismət olacaq?



 FİFA bu gün2014-cü ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq.
Rusiyanın "Sport-express” nəşrinin yazdığına görə, bu gün "Qızıl top” İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə üç namizəddən birinə təqdim olunacaq. "Qızıl top” a namizədlər Portuqaliya millisinin və "Real”ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və "Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan "Bavariya”nın qapıçısı Manuel Noyerdir.
Qeyd edək ki, Messi bu mükafata dalbadal 4 dəfə (2009-cu, 2010-cu, 2011-ci, 2012-ci illərdə) layiq görülüb. Ronaldo isə 2 dəfə (2008-ci, 2013-cü) dünyanın ən yaxşı futbolçusu seçilib. M.Noyer isə bu mükafata ilk dəfə sahib ola bilər.
Tədbirdə "İlin ən yaxşı futbolçusu” seçiləndəm sonra "İlin rəmzi komandası”, "İlin ən yaxşı qolu”, "Qadınlar arasında ilin ən yaxşı futbolçusu” və bundan başqa, həm kişi, həm də qadınlar arasında "İlin ən yaxşı baş məşqçisi”nin də adları elan ediləcək.