«Qarabağ» dünyanın 100 ən yaxşı komandasından biridir

«Qarabağ» dünyanın 100 ən yaxşı komandasından biridir


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını açıqlayıb. Sevindirici haldır ki, dünyanın 100 ən yaxşı klubu sırasında Ağdamın «Qarabağ» klubu da yer alıb. Komandamız 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb. Siyahıya isə aktivində 381 xalla Madridin "Real" klubu liderlik edir. Siyahıda Almaniyanın «Bavariya» klubu ikinci, İspaniyanın «Atletiko» komandası isə üçüncüdür.

2014-cü ilin ən yaxşı iyirmi klubu bunlardır:

1. "Real" (İspaniya) - 381 xal
2. "Bavariya" (Almaniya) - 376
3. "Atletiko" Madrid (İspaniya) - 267
4. "Barselona" (İspaniya) - 251
5. "Atletiko" Nasyonal (Kolumbiya) - 249,5
6. "Yuventus" (İtaliya) - 245
7. "Arsenal" (İngiltərə) -233
8. "Napoli" (İtaliya) - 233
9. "River Pleyt" (Argentina) - 228
10. "Zalsburq" (Avstriya) - 228
11. "Çelsi" (İngiltərə) - 228
12. "Benfika" (Portuqaliya) - 227
13. PSJ (Fransa) - 223,5
14. "Kruzeyro" (Braziliya) - 219
15. "Portu" (Portuqaliya) - 217,5
16. "Atletiko Mineyro" (Braziliya) - 208
17. "Styaua" (Rumıniya) - 205
18. "San Lorenso" (Argentina) - 204
19. "Sparta" (Çexiya) - 202,5
20. "Sevilya" (İspaniya) - 202