Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevin legioner həyatı başa çatıb. Türkiyənin aşağı dəstə klubu "Qaziantep BB”də çıxış edən gənc futbolçu əksər həmyerlilərimiz kimi 1-ci liqa səviyyəsinə uyğun gəlməyib.
Nəticədə, klubdan kənarlaşdırılan Hacıyevin qonşu ölkə macəraları sona çatıb. O, Qaziantep təmsilçisində 5 çempionat və 3 kubok görüşündə forma geyib. Çempionatda 154, kubokda 205 dəqiqə oynayan Rəhman ümumilikdə 359 dəqiqə, yəni təxminən 6 saat (5 saat 59 dəqiqə) meydanda olub.
Təmsilçimiz yeganə qolunu kubokun II mərhələsinin "Səlcukluspor”la görüşündə vurub. Onun aldığı yeganə sarı vərəqə isə "Kayserispor”la çempionat matçına təsadüf edib.
Kubokda hər 3 matçda start heyətində yer alan, amma hər dəfə əvəzlənən Rəhman Hacıyev çempionatda cəmi 1 dəfə ilk dəqiqələrdən meydanda olub. Həmyerlimiz həmin görüşdə 90 dəqiqə oynayıb.