Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirib. Yerli "Balkan Fənərbağça” komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə üstələyən yığmamızın heyətində Yusif Cəfərov üç qol vurub. Oruc İsmayılov, Famil Camalov və Nicat Süleymanov hərəyə iki dəfə fərqləniblər. Növbəti qarşılaşmada millimiz Xorvatiyanın "RNK Split” komandası ilə qarşılaşıb. Təəssüf ki, komandamız bu oyunda məğlub olub - 4:0.