Millimiz yoldaşlıq görüşündə qalib gəlib

Millimiz yoldaşlıq görüşündə qalib gəlib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb. Millimiz Macarıstan yığması ilə qarşılaşıb. Görüş 5:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçiriblər.