Yığmamıza ən çox futbolçu “Qarabağ”dan gəlib

Yığmamıza ən çox futbolçu “Qarabağ”dan gəlib

Başa çatan 2014-cü ildə Azərbaycan millisinin heyətində 19 klubun təmsilçisi forma geyinib. Son illərin formalaşan ənənəsi bu dəfə də davam edib və "Qarabağ” yığmadakı futbolçu sayında hamını geridə qoyub.
İlin 8 görüşündə Ağdam təmsilçisinin 6 üzvü millinin heyətində meydana çıxıb. Onlar ümumilikdə 27 matçın iştirakçısı olublar. Bu göstəricilərin hər ikisində aşkar liderliyə məxsus olan "Qarabağ”ın izləyiciləri də əyalət klublarıdır.
Belə ki, "Qəbələ” və "Xəzər Lənkəran” eyni göstəricilərə malikdir. Bu klubların hərəsinin 5 oyunçusu milli forma geyib. Onların oyun sayı da eyni - 17-dir.
Ölkənin ən titullu klubu olan Neftçi” isə yalnız 4-cü pillədə qərarlaşıb.
Yığmada təmsil olunan 19 klubdan 8-i yerli, 11-i xarici komandadır. Topaz Premyer Liqasının 9 iştirakçısından yalnız AZAL milliyə oyunçu verməyib.
11 əcnəbi klubundan 4-ü Türkiyə, 5-i Almaniyanı təmsil edirsə, Rusiya və İsveçin 1 komandası bu siyahıya düşüb. "Qaziantep BB” milliyə 2 oyunçu verən yeganə xarici klubdur. Türkiyə təmsilçisinin üzvləri oyun sayında da "Karlsrue” ilə şərikli liderdir.

2014-cü ildə Azərbaycan
millisində klubların təmsilçiliyi

1. "Qarabağ” - 27 oyun (6 futbolçu)
2-3. "Qəbələ” - 17 (5)
2-3. "Xəzər Lənkəran” - 17 (5)
4. "Neftçi” - 12 (4)
5. "Qaziantep BB” (Türkiyə) - 7 (2)
6. "Karlsrue” (Almaniya) - 7 (1)
7. "İnter” - 6 (4)
8. "Simurq” - 5 (1)
9. "Karşıyaka” (Türkiyə) - 4 (1)
10. "Bakı” - 3 (2)
11-12. "Sivasspor” (Türkiyə) - 3 (1)
11-12. "Saarbrükken” (Almaniya) - 3 (1)
13-15. "Fortuna” (Düsseldorf, Almaniya) - 2 (1)
13-15. "Kayzerslautern II” (Almaniya) - 2 (1)
13-15. "Rubin” (Rusiya) - 2 (1)
16-19. "Sumqayıt” - 1 (1)
16-19. "Elazığspor” (Türkiyə) - 1 (1)
16-19. "Kalmar” (İsveç) - 1 (1)
16-19. "Svaybrükken” (Almaniya) - 1 (1)