Millimizin müdafiəçisi Mahir Şükürov şərəfini qoruduğu "Karşıyaka” klubundan FİFA-ya şikayət edib. Buna təmsilçimizin 2 aylıq əmək haqqını İzmir klubundan ala bilməməsi səbəb olub.Türkiyə mətbuatı iddia edir ki, "Karşıyaka”nın 33 yaşlı futbolçumuza 55 min dollar borcu var. Bu həftə ərzində həmin pul Mahirə verilməsə, o, azad agent statusu alacaq. Lakin Mahir Şükürovun komandası onu heyətdə saxlamaq niyyətindədir. Bunun üçün klub rəhbərliyi çalışır ki, həmin vəsaiti yığmamızın sağ cinah müdafiəçisinə ödəsin və futbolçumuz mövsümü "Karşıyaka”nın heyətində başa vursun.
Qeyd edək ki, əvvəllər də İzmir klubu eyni problemlə üzləşmişdi. Həmin vaxt "Karşıyaka” futbolçuları Berkan Əmir və nigeriyalı Çikeluba Ofoedunun pulunu verə bilmədiyi üçün sözügedən oyunçular komandanı tərk etmək məcburiyyətində qalmışdı.