Bakının "Neftçi” futbol komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komandamız Türkiyənin "Elazığspor” kollektivi ilə qarşılaşıb.
Görüş Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmadan əvvəl 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və komandamız oyuna qara sarğı ilə çıxıb.
Xatırladaq ki, "ağ-qaralar” bundan əvvəl Səudiyyə Ərəbistanının təmsilçisi "Hajer”ə 3:1 hesabı ilə qalib gəlmişdi. Türkiyənin "Ərciyyəzspor” komandası ilə keçən yoldaşlıq görüşündə isə qolsuz bərabərlik qeydə alınmışdı.