Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il ötür. "Neftçi İdman Klubu” İctimai Birliyinin və "Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi və kollektivi, 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsini yad etmək üçün şəhidlər xiyabanında olublar. Hər iki klubun rəhbərliyi və kollektivi, eləcə də uşaq və yeniyetmə futbol məktəbinin kollektivi, həmçinin "fanklub” üzvləri şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
.jpg)