Bakının "İnter” futbol komandası Antalyada təlim-məşq toplanışını davam etdirir.
Hazırlıq prosesi çərçivəsində "İnter” növbəti yoxlama oyununu keçirib. Ukraynanın "Metallist” komandası ilə qarşılaşan "bankirlər” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Məlumat üçün qeyd edək ki, "İnter”in futbolçuları oyuna qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamamışdan əvvəl 20 Yanvar hadisələrində həlak olmuş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xatırladaq ki, "İnter” toplanış çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Türkiyənin "İnegölspor” komandasını 4:1, Qazaxıstan təmsilçisi "Kayrat”ı 3:1, Türkiyənin "Kasımpaşa” kollektivini 3:1 hesabı ilə məğlub edib. Almaniyanın "Enerji” komandası ilə görüş isə heç-heçə yekunlaşıb - 1:1.