Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Qardaş ölkənin "Kundu Spor” komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb - 8:0. Qarşılaşmada futbolçularımızdan Qara Qarayev və Səid İbadov iki qol vurublar. Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov isə hərəyə bir dəfə fərqləniblər.
Məlumat üçün qeyd edək ki, oyundan əvvəl 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbərlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıblar.