“Xəzər-Lənkəran” yoldaşlıq görüşündə qüvvəsini sınayıb

“Xəzər-Lənkəran” yoldaşlıq görüşündə qüvvəsini sınayıb

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran” futbol komandası növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Cənublular Rumıniyanın "Universitatya” (Krayova) komandası ilə münasibətlərinə aydınlıq gətiriblər. Təəssüf ki, təmsilçimiz görüşdə rumıniyalılara üç cavabsız topla məğlub olub. Məlumat üçün qeyd edək ki, baş məşqçi Elbrus Məmmədovun yetirmələri bundan əvvəlki yoxlama oyunlarında "Kemnitser”ə (Almaniya) 0:2, "Metallurq”a (Ukrayna) isə 1:2 hesabı ilə məğlub olmuşdu.
Türkiyənin "Tekirdağspor” komandası ilə keçən qarşılaşma isə heç-heçə başa çatmışdı -2:2.