Komandamız ardıcıl iki təlim-məşq toplanışında iştirak edəcək

Komandamız ardıcıl iki təlim-məşq toplanışında iştirak edəcək

Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması 19 yaşınadək futbolçulardan ibarət komandalar arasında ardıcıl iki təlim-məşq toplanışında iştirak edəcək.
Yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.