Azərbaycanlı futbolçuların daha çox üstünlük verdikləri Türkiyə PTT I liqasında legioner limiti ilə bağlı dəyişiklik edilib. Yerli mətbuatın yaydığı məlumata görə, gələn mövsümdən bu limitdə dəyişiklik ediləcək.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin I liqa klublarının prezidentləri ilə keçirilən görüşündə legioner məsələsi müzakirə edilib. Verilən qərara görə, klublar gələn mövsümdən istədikləri qədər oyunçu ala bilərlər. Amma A siyahısında ən çox 25 futbolçunun adı olmalıdır. Həmin 25 oyunçudan, ən azı, 15-i yerli futbolçu, onlardan isə 2-si klubun öz yetirməsi, 4-ü də Türkiyədə yetişmiş oyunçu olmalıdır.
Oyunlar zamanı "18-liy”ə 13 yerli futbolçunun adı salınacaq. "18-lik”də ən çox 5 legioner yer ala bilər və onların hamısına start heyətində meydana çıxmaq hüququ verilir.