Qarabağ Azərbaycandır!- deyən ermənilər

Qarabağ Azərbaycandır!- deyən ermənilər

Ələmdar Məmmədov-hüquqşünas

 

Yaxınlarda Ermənistan Respublikasının prezidenti Armen Sarkisyanın Rusiyanın RBK kanalında yayımlanan müsahibəsinə baxırdım. A.Sarkisyan Qarabağın dağlıq hissəsinin əzəli erməni torpağı olmasından,1921-ci ildə bolşeviklər tərəfindən həmin ərazinin zorla Azərbaycanın tərkibinə qatılmasından, bu məsələdə Stalinin xüsusi rolu olmasından, həmin vaxt qeyd edilən ərazidə 390 min erməninin yaşadığını, lakin azərbaycanlıların onları sıxışdırması nəticəsində getdikcə saylarının azalaraq keçən əsrin 90-cı illərində cəmisi 100-120 min erməni qalmasından danışırdı. Əsəbiləşdiyimdən müsahibəyə axıra kimi baxa bilmədim. İki məsələ məni təəccübləndirdi. Birincisi Prezident olan şəxsin geniş audittoriya qarşısında ağ yalanlar danışması və savadsızlığı,ikincisi bizim rəsmilərin xüsusi ilə cənab Prezidentin belələrilə necə dil tapıb danışa bilməsi.

Əvvəla onu qeyd edim ki, Azərbaycanda ticarət və xidmət sahələrini zəbt etmiş bütün ermənilər kimi, Dağlıq Qarabağda yaşayan ermənilər də başqalarından yaxşı yaşayıb.

Məlum olduğu kimi SSRİ tərkibində olan 15 müttəfiq respublikadan yalnız RSFSR və Azərbaycan SSR dotasiyada olmayıblar. Başqa sözlə bu iki müttəfiq respublikanın ümumi daxili məhsulu öz ehtiyaclarını artıqlaması ilə ödəyib. Azərbaycanda isə əhalinin real gəlirinə görə DQMV-i həmişə ön sırada olub. 1987-ci ilin rəsmi statistikasına baxdıqda DQMV-də ümumi daxili məhsulun əhalinin sayına nisbəti ümumazərbaycan göstəricisindən 1,4 dəfə artıq olub.

Stalinin Qarabağ məsələsində həqiqətən "xüsusi rolu” olub.Lakin həmişə Azərbaycanın əleyhinə!Gəlin faktlara müraciət edək.

29 noyabr 1920-ci ildə Ermənistan da sovet hakimiyyəti qalib gəldi.Üç gün sonra 2 dekabr 1920-ci ildə Stalinin "Pravda”qəzetində məqaləsi dərc olundu.Həmin məqalədə Stalin Qarabağın,Naxçıvanın və Zəgəzurun Ermənistan SSR-ə verilməsinin zəruriliyini əsaslandırmağa çalışırdı.

Bundan istifadə edən bolşevik cildinə girmiş daşnaklar yenidən fəallaşdılar və xüsusi ilə Naxçıvanın statusu ilə əlaqədar 16 mart 1921-ci il tarixli Moskva müqaviləsindən sonra RK(b)P-nin MK-nə və şəxsən Xalq Komissaralrı Sovetinin sədri V.Leninə çoxlu sayda müraciətlər etdilər. Nəhayət 04 iyul 1921-ci ildə N.Nərimanovun da daxil olduğu bolşeviklər partiyasının 8 nəfərdən ibarət Zaqafqasiya bürosunun plenumunda mərkəzin nümayəndəsi Stalinin iştirakı ilə Dağlıq Qarabağın statusu ilə əlaqədar məsələ müzakirəyə çıxarıldı.

Həmin iclasın protokoluna baxarkən məsələlərin qoyuluşunda ziddiyyət və məkr aydın görünür.(Protokolun surəti əlavə olunur).

Из протокола №11

вечернего заседания Пленума Кавбюрю ЦК РПК от 4 июля 1921 г.

Присутствовали: члены ЦК РПК: Сталин, члены Кавбюро: тт. Орджоникидзе, Махаraдзе, Нариманов, Мясников, Киров, Назаретян, Орахелишвили и Фигатнер. Секретарь Кавбюро комсомола Брейтман. Члены ЦК Грузии: Циннадзе, Мдивани и Сванидзе.

Слушали:

1. Карабахский вопрос.

При обсуждении этого вопроса выявились две точки зрения и были поставлены на голосование следующие вопросы:

а) Карабах оставить в пределах Азербайджана.

Постановили:

Голосуют за: Нариманов, Махарадзе, Назаретян.

Против: Орджоникидзе, Мясников, Киров, Фигатнер.

б) Нагорную часть Карабаха включить в состав Армении/

Голосуюут за: Орджоникидзаде, Мясников, Фигатнер, Киров.

г) плебисцит провести только в Нагорном Карабахе, т.е. среди армян.

Голосуют за: Орджоникидзе, Мясников, Фигатнер, Назаретян

Постановлено: Нагорный Карабах включен в состав ССР Армении, плебисцит провести только в Нагорном Карабахе.

2. Заявление тов. Нариманова в виду той важности, которую имеет Карабахский вопрос для Азербайджана, считаю необходимым перевести его на окончательное решение ЦК РПК.

Ввиду того, что вопрос о Карабахе вызвал серьезное разногласие, Кавбюро ЦК РПК считает необходимым перенести его на окончательное решение ЦК РПК.

При голосовании по вопросу о Карабахе (тов. Орахелашвили отсутсвовал). п.п. Секретарь Кавбюро ЦК РПК Фигатнер.

Верно: Управдел

Верно: подпись

.

a) Qarabağın Azərbaycanın tərkibində saxlamaq. Bu məsələnin müzakirəsində Stalinə yaxınlığı ilə seçilən Orconikedze, bir neçə gündən sonra AK(b)P-nin I katibi seçiləcək Kirov,Oraxaşvili,Myasnikov (Myasnikyan) ermənilərin xeyrinə xüsusi canfəşanlıq göstərirdilər.Gərgin müzakirələrdən sonra 3 nəfər lehinə (Nərimanov,Maxaradze,Nazaretyan),4 nəfər əleyhinə olmaqla(Orconikedze,Kirov,Myasnikov,Fiqatner) bu məsəslə qəbul edilmədi. Müzakirələrdə aktiv iştirak edən Oraxaşvili hansı səbəbdənsə səsvermədə iştirak etməmişdir.Müzakirənin davamı və məsələlərin qoyuluşu daha maraqlıdır.

(b) Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi və...

(q)Qarabağın dağlıq hissəsində yalnız erməni əhalisi arasında rəy sorğusu keçirilməsi.

Rəy sorğusunun məhz Qarabağın dağlıq hissəsində, həm də yalnız erməni əhalisi arasında keçirilməsi bütün beynəlxalq və digər hüquq normalarına zidd idi. Məlumdur ki,bolşeviklər və xüsusi ilə Stalin savadlı və yüksək intellektə malik insanlar olublar.Bəs erməniləri və onların himayədarlarını qorxudan nə idi ki,belə savadsız və açıq-aşkar birtərəfli sənəd tərtib edirdilər?

Hələ Azərbaycan müstəqil dövlət olarkən 22 may 1919-cu ildə RK(b)P-nin Qafqaz bürosunun Bakı komitəsinin sədri A.Mikoyan Leninə vurduğu teleqramda- Erməni hökumətinin agenti olan daşnakların Qarabağın Ermənistana birləşdirilməsi tələbinin heç bir əsası olmadığını,Qarabağ ermənilərinin heç bir vaxt Ermənistanla əlaqəsinin olmamasını, erməni kəndlilərinin V qurultayının da Azəğrbaycanın tərkibində qalmaq barədə qərar qəbul etməsini göstərmişdir.(Həmin məktubun surəti əlavə olunur)

«Дашнаки, агенты армянского правительства, добиваются присоединения Карабаха к Армении. Но это для населения Карабаха значило бы лишиться источника своей жизни в Баку и связаться с Эриванью, с которой никогда и ни в чём не были связаны. Армянское крестьянство на пятом съезде решило присоединиться к Азербайджану»

Bu sənəddə bir neçə maraqlı məqam vardır.

Əvvəla gələcəkdə azərbaycanlıların düşməni olacaq A.Mikoyanın faktlar qarşısında aciz qalaraq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etməsi çox önəmlidir.

İkinci diqqət çəkən məsələ Erməni kəndlilərini V qurultayının qərarıdır ki, həmin qərarla hətta ermənilərində Azərbaycanın tərkibində qalmaq istəyi əks olunmuşdur. Məhz ermənipərəst qüvvələri qorxudan da bu məsələ idi. Fikrimizcə həmin kəndli qurultayının qərarı araşdırıcı alimlər tərəfindən tapılmalı və ictimaiyyətə təqdim olunmalıdır.

Üçüncü mühüm məsələ- rus şovinizmini daim pisləyən, Rusiya imperiyasını "xalqlar həbsxanası” adlandıran,rus inqilabını heçə sayıb dünya inqilabı haqqında düşünən,daim beynəlmiləlçilikdən dəm vuran Leninin də imperialist təxəllüyündən əl çəkə bilməməsi aydın şəkildə görünür. ADR-sı müstəqil dövlət olmağına baxmayaraq artıq bolşeviklər başqa dövlət və dövlətlərin əraziləri barədə düşünürlər.

İkinci məsələ yəni Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi səsə qoyulur. 4 nəfər lehinə (Orconikedze,Kirov,Myasnikov,Fiqatner) 3 nəfər əleyhinə (Nərimanov,Maxaradze,Nazaretyan),olmaqla Dağlıq Qarabağın Ermənistan Respublikasına verilməsi barədə qərar qəbul edilir.

Bu məsələ ilə razılaşmayan Nərimanov kəskin şəkildə etirazını bildirir.Onun etirazı protokolda əks olunmaqla məsələnin partiyanın Mərkəzi Komitəsində, yəni Moskvada müzakirə olunması qərara alınır. Məlumdur ki, partiyanın Mərkəzi Komitəsinin plenumları müəyyən müddətlərdə, adətən üç aydan bir keçirilirdi. Lakin gecə yarısı yekunlaşan iclas səhər tezdən yenidən öz işinə başladı. Bunun səbəbi nə idi? Stalini və digər ermənipərəstləri kim məcbur etdi ki, müzakirəsi bir neçə aydan sonra Moskvada nəzərdə tutulan məsələ 12 saat keçməmiş yenidən müzakirəyə çıxarıldı?

Haşiyə: Hümmət partiyasının üzvü Nərimanovun yaxın dostu,1934-1937-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədrinin I müavini işləmiş, 1937-ci ildə həbsə alınsa da 10 aydan sonra bəraət alaraq, ömrünün axırına kimi vəkillik fəaliyyəti ilə məşğul olan Mirhəşim Salayevin söhbətlərindən məlum olur ki, həmin iclasda N.Nərimanov Stalinin üstünə qışqıraraq deyir: -Məsələ bir sutka ərzində həll olunmasa mən nə edəcəyimi yaxşı bilirəm.Həmin gün axşam saatlarında Nərimanov və Stalin Leninlə bir neçə dəfə telefonla danışırlar.

Səhərisi günü yəni 5 iyul 1921-ci ildə büro həmin tərkibdə yığışıb məsələyə təzədən baxır.

4 nəfər lehinə 3 nəfər bitərəf qalmaqla Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində saxlanması barədə yeni qərar qəbul edilir. Mövqeyini-səsini dəyişən kim olur? -Birinci müzakirədə ermənilərin xeyrinə fəallığı ilə seçilən Orconikidze. Orconikidzeyə kim təsir edə bilərdi? -Stalin!Stalinə kim təsir edə bilərdi?-Lenin!Leninə kim təsir edə bilərdi? - Əlbətdə, N.Nərimanov! (Protokolun surəti əlavə olunur).

Из протокола №12

Заседания Пленума Кавбюро ЦК РПК от 5 июля 1921 г.

Присутствуют: Член: ЦИК РПК Сталин, члены Кавбюро: тт. Орджоникидзаде, Киро, Назаретян, Орахелишвили, Фигатнер, Нариманов, Мясников.

Наркоминдел АССР Гусейнов.

Слушали: 1. Тт. Орджоникидзаде и Назаретян возбуждают вопрос о пересмотре постановления предыдущего Пленума о Карaбахе.

Постановили:

Исходя из необходимости националного мира между мусульманами и армянами и экономической связи верхнего и нижнего Карабаха, его постоянной связи с Азербайджаном Нагорный Карабах оставить в пределах АССР, представив ему широкую областную автономию с административным центром в г. Шуше, входящей в состав автономной области.

Голосуют: 4; воздержалось 3

б) поручит ЦК Азербайджана, определить границы автономной области и представить на утверждение Кавбюро ЦК РПК.

в) поручить Президиуму Каvбюро ЦК переговорить с ЦК Армении и ЦК Азербайджана о кандидате на Чрезвычкома Нагорного Карабаха.

г) объем автономии Нагорного Карабаха определить ЦК Азербайджана и представить на утверждение Кавбюро ЦК.

Секретарь Кавбюро ЦК РПК                Фигатнер

С подлинным верно:                               Управдел.

Çıxışlarının birində dövlət başçısı bu məsələ də N.Nərimanovun xüsusi rolunu qeyd etməklə bərabər, digər sağlam düşüncəli insanların da olmasını vurğuladı.Kimdir bu sağlam düşüncəli insanlar?

Məlumdur ki, müzakirələrdə iştirak edənlərdən bir nəfər rus (S.Kirov), bir nəfər yəhudi (Fiqatner), 4 nəfər gürcü(Stalin, Oraxelişvili, Orconikedze, Maxaradze) 2 nəfər erməni (Myasnikov,Nazaretyan) və yeganə azərbaycanlı N.Nərimanov idi.Müzakirədə səs hüququ olmayan Breytman,Gürcü kommunistləri Tsinnadze, Mdivani və Svanidze də iştirak edirdilər (Azərbaycan SSR xarici işlər naziri Hüseynov yalnız 5 iyul 1921-ci il tarixli müzakirədə iştirak etmişdir).

Müzakirələrdə Nərimanovla həmfikir olanlardan biri gürcü Maxaredzedir. İkinci şəxs nə qədər qəribə olsa da erməni Naxaretyandır. Nazaretyan və Maxaredze bütün məsələlərdə Nərimanovla bir cəbhədən çıxış etmişdilər. Mən Nazaretyan haqqında məlumat əldə etmək istəsəm də tapa bilmədim. Yəqin ki, onun haqqında məlumat tapanlar olacaqdır. Bu bizim əlimizdə güclü arqument ola bilərdi.

Göründüyü kimi Qarabağın dağlıq hissəsinin Azərbaycan ərazisi olması hətta bolşevik ermənilərdə də şübhə doğurmamışdır.