Avarçkənlərimiz "Mingeçevir Reqatası-2024"ə uğurla başladılar

Avarçkənlərimiz "Mingeçevir Reqatası-2024"ə uğurla başladılar

Oktyabrın 16-da "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə start verilib. 

Azərbaycan idmançıları Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ilk gününə uğurla başlayıblar.  

Belə ki, komandamızın üç üzvü çıxışını medalla başa vurub.

Təmsilçilərimizdən Amin Ramazanov 500 metr məsafəyə akademik avarçəkmə növündə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında qızıl medala layiq görülüb.  

Akademik avarçəkmə növündə 500 metr məsafəyə yarışda mübarizə aparan komandamızın digər üzvlərindən Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında gümüş, 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Niyaz Məlikov-Elvin Əliyev cütlüyü isə bürünc medal qazanıb.  

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024"ə oktyabrın 18-də yekun vurulacaq.

Avarçkənlərimiz "Mingeçevir Reqatası-2024"ə uğurla başladılar