VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix açıqlanıb

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix açıqlanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi müəyyənləşib. 
İslam Həmrəyliyi İdman Assosiasiyasından verilən məlumata gorəotəbqr idman yarışı noyabrın 7-dən 21-dək keçiriləcək. 
İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.
Xatırladaq ki, ölkəmiz 2017-c ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə təşkil edilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə mübarizə aparan Azərbaycan komandası 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olub. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yeri tutub.