“Baku Open - 2025” şahmat festivalının açılış mərasimi keçirilib 

“Baku Open - 2025” şahmat festivalının açılış mərasimi keçirilib 

Aprelin 28-də Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Bakı Kristal Zal”da “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. 

Mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE prezidenti Arkadi Dvorkoviç, ikiqat dünya çempionu Çju Çen və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın iştirak ediblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkəmizin şahmat sahəsində qazandığı uğurları vurğulayıb.

 

Gənclər və idman naziri Fərid Qayıbov isə ilin sonunadək 7 beynəlxalq turnirin keçiriləcəyini bildirib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç qeyd edib ki, Azərbaycanda belə mötəbər festivalın təşkili ölkənin şahmat sahəsində əldə etdiyi yüksək nailiyyətlərin bariz nümunəsidir.

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarıdır və yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparır. Turnir mayın 7-dək davam edəcək.

“Baku Open - 2025” şahmat festivalının açılış mərasimi keçirilib  “Baku Open - 2025” şahmat festivalının açılış mərasimi keçirilib  “Baku Open - 2025” şahmat festivalının açılış mərasimi keçirilib