Elnur Məmmədli: "Məqsədimiz cəmiyyətə autizm spektr pozuntusu haqqında məlumatları çatdırmaqdır"

Elnur Məmmədli: "Məqsədimiz cəmiyyətə autizm spektr pozuntusu haqqında məlumatları çatdırmaqdır"

"Bu gün ənənəvi olaraq V Autizm Festivalı təşkil olunur". 
Bu sözləri Azərbaycan Autizm Assosasiyasının sədri Elnur Məmmədli festival barədə danışarkən Olimpnews.az-a müsahibəsində qeyd edib. 
Festivalın mahiyyəti barədə məlumat verən qurum rəsmisi cəmiyyəti, eyni zamanda müxtəlif dövlət və özəl qurumları bu problemlərə dəstək olmağa səsləyib:
"Bu gün 30-dan artıq autizm cəmiyyətinin üzvləri öz əl işlərini bu tədbirdə nümayiş etdirir. Festivala şəhər sakinləri tərəfindən də böyük maraq oldu. Qeyd edim ki, bundan əvvəlki festivala türk dövlətləri və digər yaxın ölkələrdən olan autizm təşkilatlarını dəvət etmişdik. Yəni həmin festival beynəlxalq səviyyədə keçirilmişdi. Təbii ki, bu festivalların təşkilində əsas məqsədimiz cəmiyyətə autizm spektr pozuntusu haqqında məlumatları çatdırmaqdır. Yəni cəmiyyəti bu işə cəlb etməkdir. Çox istərdim ki, müxtəlif dövlət və özəl qurumlar bu problemləri görsünlər və belə autizmli uşaqlara dəstək olsunlar".