Usta cüdoçumuz 12-ci dəfə Avropa çempionu adını qazandı

Usta cüdoçumuz 12-ci dəfə Avropa çempionu adını qazandı

Bu gün Latviyanın paytaxtı Riqada usta cüdoçular arasında Avropa çempionatına start verilib.
Olimpnews.az xəbər verir ki, 37 ölkədən 926 (755 kişi, 171 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayırlar. 
Komandamız mötəbər yarışda 23 kişi, 1 qadın usta cüdoçu ilə təmsil olunur. Bu gün keçirilən yarışların ilk günündə komandamız aktivinə bir qızıl medal yazdırıb. Yaganə medalı ölkəmizə Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb.  M-8 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə Riqada öz qalib imicinə sadiq qalan usta cüdoçumuzun 11-ci Avropa çempionluğu kimi yadda qalıb. Fərhad Rəcəbli həmçinin usta cüdoçular arasında dünya çempionatının 12 qat qalibidir.
Qeyd edək ki, qitə çempionatına mayın 25-də yekun vurulacaq.